Bakı sakini qəbiristanlıqdan silah tapıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Mahir İsgəndərov Yasamal rayonu ərazisindəki qəbristanlıqdan tapdığı “Naqan” markalı tapançanı və 2 ədəd 7,62 çaplı patronu könüllü olaraq 28-ci PB-yə təhvil verib.
Araşdırma aparılır.