Qəbiristanlıqdan oğurluq etmiş şəxslər tutuldu
10 noyabr 2017 13:56 (UTC +04:00)

Qəbiristanlıqdan oğurluq etmiş şəxslər tutuldu

0

 

Ağcabədi rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla əlaqədar polisdə cinayət işi başlanılıb. Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

 

İstintaq-əməliyyat tədbirləri davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar