Dünən Qazax rayonunda baş vermiş ağır yol qəzasının səbəbi məlum olub. Lent.az xəbər verir ki, rayonun Xanlıqlar kəndinə gedən yolda “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində baş vermiş ağır qəzaya sürücülərdən birinin sərxoş olmasının səbəb olduğu müəyyənləşib. İlkin araşdırmalardan sonra "Mercedes" markalı avtomobili idarə edən sürücünün spirtli içki qəbul etdiyi və sürət həddini düzgün seçmədiyi üzə çıxıb.
Qeyd edək ki, baş vermiş qəzada "VAZ 21015"dəki şəxslərdən biri ölüb, digər 2 nəfər isə yaralanıb.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
*****
Qazaxda iki avtomobil toqquşub, ölən və yaralananlar var
Qazaxda ağır yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb. “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması zamanı rayonun Cəfərli kənd sakinləri, 1984-cü il təvəllüdlü Ömərov Aqif Tapdıq oğlu və 1988-ci il təvəllüdlü Əsgərov Əhəd Abdulla oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Qazax rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Şahin Şaiq oğlu aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.