Qapının şüşəsini sındırıb mağazaya girmək istədi
12 dekabr 2016 10:53 (UTC +04:00)

Qapının şüşəsini sındırıb mağazaya girmək istədi

0

Xırdalanda oğurluğa cəhd edilib. Lent.az-ın məlumatına görə, bu gecə saat 02:41 radələrində Xırdalan şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov Tural Həsən oğlu, sakini olduğu şəhərin 28-ci məhəlləsində yerləşən, qorunmayan “Baksel” telefon mağazasının, giriş qapısının şüşəsini sındırıb oğurluq məqsədi ilə içəri daxil olmaq istəyib. Amma ərazidə xidmətdə olan Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları T.Abbasovun bu əməlini həyata keçirməsinə imkan verməyiblər. Polislər onu yaxalayaraq sonrakı araşdırmalar aparılması üçün Abşeron Rayon Polis İdarəsinə təhvil veriblər.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar