Bakının Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanında bağlı qapı arxasında azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb. APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Moto xilasedicilər dərhal hadisə yerinə yollanıb.
Mənzilin qapısı bağlı olduğu üçün xilasedicilər pəncərədəki dəmir qoruyucuları xüsusi alət və avadanlıqların köməyi ilə kəsərək mənzilə daxil olub. Əməliyyat uğurlu keçib və 2 yaşlı Zümrüd Abdullayeva xilas edilərək valideynlərinə təhvil verilib.
Azyaşlı uşağı müayinə edən Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, Z.Abdullayevanın səhhəti normaldır.