Qanunsuz ov edənlər tutulub
01 noyabr 2016 16:10 (UTC +04:00)

Qanunsuz ov edənlər tutulub

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə bir neçə reyd keçirilib. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yalnız son 3 gün ərzində keçirilən tədbirlər zamanı Neftçala rayonunun Şirvanlı qəsəbəsində Bakı şəhər sakini Şövqü İlyasov, Salyan rayonunun Xələc kəndində rayon sakinləri Zaur Abdullayev və Mirağa Axundov, İmişli rayonu ərazisində Bakı şəhər sakini İsrafil İsmayılov, Sabirabad rayon sakini Şahin Ağayev və Allahmədətli kənd sakini Marif Rəhimov saxlanılıblar.

 

Qanunsuz ovla məşğul olanlardan ümumilikdə 6 ədəd ov silahı, o cümlədən 1 ədəd "Tulip" markalı, 1 ədəd "Baettihsoli" markalı, 1 ədəd "MR-153" markalı və 3 ədəd "İJ-58" markalı silahlar götürülüb.

 

Ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.

 

Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar