Qan davasına görə güllələndi
02 fevral 2014 14:30 (UTC +04:00)

Qan davasına görə güllələndi

Bərdədə güllələnmə hadisəsi baş verib. İnsident rayondakı avtomobil yuma məntəqələrinin birində qeydə alınıb.

 

APA TV-nin xəbərinə hörə, naməlum  şəxs "Makarov" markalı tapançadan məntəqəyə beş dəfə atəş açıb. Xoşbəxtlikdən ölən olmasa da, güllələrdən biri rayon sakini Vaqif Əvəzova  dəyib. Boyun nahiyəsindən güllə yarası alan 66 yaşlı kişi xəstəxanaya çatdırılıb. Bərdə Mərkəzi Xəstəxanasının həkimi Şəmil Məmmədovun sözlərinə görə, yaralının vəziyyəti ağırdır.

 

İlkin ehtimala görə, hadisəyə səbəb qan davasıdır. Atəş açan şəxsin kimliyi məlum olmadığından polis bu istiqamətdə axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1798
avatar

Oxşar yazılar