Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları qadın alveri ilə bağlı daha bir fakt müəyyən edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Qalina Alekseyevnanın Səbail rayonu Əlibəyov Qardaşları küçəsindəki evində əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.