Putin və Ərdoğan Mosuldakı əməliyyatı müzakirə etdilər
19 oktyabr 2016 01:16 (UTC +04:00)

Putin və Ərdoğan Mosuldakı əməliyyatı müzakirə etdilər

0

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayip Ərdoğan aralarında baş tutmuş telefon danışığı zamanı  İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatını müzakirə ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

 

“Danışıq zamanı Mosulun azad edilməsi əməliyyatına toxunulub”, - deyə məlumatda bildirilir.   

 

Rusiya prezidenti İraqın baş naziri Haydar əl-İbadi ilə də telefonla danışıb. Danışıq zamanı Mosul əməliyyatı müzakirə edilib.

 

Putin İraq ordusuna və koalisiya qüvvələrinə uğur arzuladığını bildirib və İŞİD-in tezliklə məhv ediləcəyinə ümidvar olduğunu deyib. Rusiya dövlət başçısı İraq ordusuna dəstək verməyə hazır olduqlarını dilə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar