Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. Lent. az-ın məlumatına görə, başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç,
Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.
Dövlət başçısı həmçinin, Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanova da başsağlığı verib: “Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Həmin qəzada Sizin oğlunuz İrekin faciəli şəkildə həlak olması haqqında xəbər məni çox kədərləndirib.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.