Bakıda oğurluqla məşğul olan iki qadın yaxalanıb. Bakışəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 27-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Röya Bağırovaya məxsus, içərisində 120 manat, 100 ABŞ dollar, 50 Avro və 2 ədəd bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Roza Ağammədova Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub. Bundan başqa noyabrın 23-ü saat 15 radələrində Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində, orada işləyən Bakı şəhər sakini Minəxanım Əliyevanın 160 manat pulunu masanın üzərindən oğurlaması ilə bağlı şübhəli şəxs qismində Bakı şəhər sakini Könül Salmanova müəyyən edilib. Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən K.Salmanova yaxalanıb.