Piyada qəzaya səbəb olub  - YENİLƏNİB
29 noyabr 2013 11:05 (UTC +04:00)

Piyada qəzaya səbəb olub - YENİLƏNİB

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Heydər Əliyev və Babək prospektlərinin kəsişməsindəki yolayrıcında sürücü Əliyev Mirzəli Mais oğlu idarə etdiyi KİA markalı avtomobili maneəyə çırpıb. Yol-nəqliyyat hadisəsinə səbəb yolu keçməyə çalışan piyada olub. Nəticədə yüksək sürətlə hərəkət edən avtomobil yolayrıcındakı arakəsmənin üstünə çıxıb. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin xəsarət almayıb.

 

Sürücü Mirzəli Əliyev APA-ya bildirib ki, hadisə yolu keçmək istəyən iki piyada üzündən baş verib. Sürücü iddia edir ki, piyadalar yolu qadağan olunmuş yerdən keçmək istəyib. Hava çiskinli olduğundan piyadalardan biri sürüşərək yolun hərəkət hissəsində yıxılıb. Yusif Səfərov küçəsi istiqamətindən gələn və Heydər Əliyev prospekti ilə hərəkətini davam etdirmək istəyən KİA-nın sürücüsü yerə yıxılmış piyadanı görsə də, sürət yüksək olduğundan idarəetməni itirib. Nəticədə maşın yolun sağ kənarındakı arakəsməyə çırpılıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Hadisə nəticəsində avtomobilə ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1399
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10