Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.