Paytaxtda bina yandı
12 noyabr 2016 23:57 (UTC +04:00)

Paytaxtda bina yandı

0

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Səbail rayonunda ümumi sahəsi 480 m2 olan ikimərtəbəli inzibati binada baş verib. Nəticədə binanın dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə, 2-ci mərtəbəsindəki otağın tavanı 21 m2 və arakəsmə divarı 2 m2 sahədə yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təxliyə olunub. Digər otaqlar və sexin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar