Ova gedən şəxsin meyiti tapıldı
01 yanvar 2017 11:22 (UTC +04:00)

Ova gedən şəxsin meyiti tapıldı

Lənkəran rayonunun Ləj kəndində itkin düşmüş şəxsin meyiti tapılıb. Lent.az Report-a istinadən xəbər verir ki, Əliyev Sərxan Damad oğlu ötən gün səhər saatlarında ova getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Bundan sonra narahat olmağa başlayan ailə üzvləri meşə ərazisində onun axtarışına başlayıblar. Lakin bu bir nəticə verməyib. Bu gün səhər saatlarında isə Sərxanın meyiti aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları, prokurorluq işçiləri hadisə yerinə cəlb olunublar.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə göndərilib. Nəticədən asılı olaraq ölümün səbəbi müəyyən ediləcək.

Faktla bağlı Lənkaran Rayon Prokurorluğunda araşdırmalara başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar