Ötən günün yol qəzaları: 9 ölü, 24 yaralı
07 dekabr 2013 13:42 (UTC +04:00)

Ötən günün yol qəzaları: 9 ölü, 24 yaralı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutulub.

Avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 24 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

# 932

Oxşar yazılar