Ötən gün Ağdamda vurulan piyada öldü
28 yanvar 2018 22:14 (UTC +04:00)

Ötən gün Ağdamda vurulan piyada öldü

0

Ötən gün Ağdamda avtomaşınla vurulan 68 yaşlı piyada xəstəxanada həyatını itirib. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq Həsənli Tariyel Bərdə Mərkəzi Rayon Xəstəxanasında keçinib.

 

Qeyd edək ki, yanvarın 27-də Ağdamda minik avtomobili yolu keçən T.Həsənlini vurub. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar