Ombudsmandan hərbi hissədə qəfil  YOXLAMA
21 noyabr 2013 10:40 (UTC +04:00)

Ombudsmandan hərbi hissədə qəfil YOXLAMA

Bu günlərdə Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Salyan rayonu ərazisində yerləşən, Müdafiə Nazirliyinin tabeliyində olan İntizam xarakterli hərbi hissəyə planlı uzunmüddətli başçəkmə həyata keçiriblər. Bu barədə Lent.az-a Ombudsman Aparatından məlumat verilib.

 

Başçəkmə zamanı məhkum hərbi qulluqçuların həbsdə saxlanılma rejimi, onların yaşayış şəraiti, asudə vaxtının təşkili, sağlamlıqlarının qorunması, qidalanma vəziyyəti və digər hallar əlaqəli şəkildə araşdırılıb.

Araşdırma zamanı məhkumlara münasibətin, saxlanma rejiminə uyğun məhkum yataqxanalarında təbii işıqlanmanın və təmizliyin normal olduğu, məhkumların istifadəsindəki çarpayı və yataq dəstlərinin, hamam və tualetin təmiz və səliqəli olmaqla məhkumların sayına uyğunluğu müəyyən edilib. Həmçinin məhkumların asudə vaxtlarını keçirmək üçün müvafiq şərait yaradılıb.

Başçəkmə zamanı rəftar və şəraitlə əlaqədar şikayət daxil olmayıb.

 

Ombudsman tərəfindən başçəkmənin nəticələri ilə bağlı Müdafiə nazirinə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28