Lənkəranda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-dən dekabrın 4-dək olan müddətdə rayon ərazisindəki 1 mağazadan və 1 aptekdən ərzaq məhsulları, tütün məmulatı, danışıq kartları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Vüsal Ağazadə və qardaşı Fərid saxlanılıblar.
Araşdırma aparılır.