Odun sobası işlədən orta məktəbdə yanğın olub
22 noyabr 2013 13:00 (UTC +04:00)

Odun sobası işlədən orta məktəbdə yanğın olub

Bu gün Ağsu rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Ağsu şəhərində yerləşən 4 saylı məktəbdə sinif otağında yanğın başlayıb. Yanğın ikimərtəbəli məktəb binasındakı sinif otaqlarından birində qeydə alınıb. Odun sobasında diqqətsizlik nəticəsində yanğın başlayıb və sinif otağının döşəməsinə keçib.

 

Qeyd edək ki, Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasının bildirib ki, keçən il qışın üç ayı ərzində məktəbdə istilik sistemi işlədiyi üçün məktəbin 4500 manat borcu yaranıb. Buna görə də məktəbin istilik sisteminin sayğacını açıb aparıblar. Buna görə də orta məktəblərin isidilməsində odundan istifadə edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar