Bakıda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş, ümumi sahəsi 35 m² olan meyvə-tərəvəz mağazasında 1 ədəd kondisioner, taxta taralar 2 m² sahədə və 1 ədəd stul yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Nərimanovda mağazada yanğın olub
154