Nardaran sakininin evindən qumbara tapılıb
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Ağasalam Ağarzayevin evinə baxış zamanı oradan “F-1” qumbarası aşkar edilərək götürülüb.