Murad Dadaşov ona məxsus olan “Côte d`Azur” şirniyyat mağazasının qarət olunmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, qafqazinfo-ya açıqlamasında şoumen mağazaya ziyan dəymədiyini bildirib:
“Böyük bir hadisə baş verməyib. Bir uşaq mağazanı qarət etmək istəyib. Heç bir ziyan dəyməyib, sadəcə bir telefon aparıb. Balaca mağazadır, orada nə qədər pul ola bilər? Yaşasın polislərimiz, cəld tərpənib qarətçini yaxalayıblar”.
Şoumen daha sonra oğurluğa cəhd edən şəxsin tortlara əl vurmadığını da qeyd edib.
*****
10:00
Azərbaycanın tanınmış şoumeni, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun obyekti qarət olunub. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, onun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən “Côte d`Azur” mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb.
Mağazanın əməkdaşları və polis içəri daxil olmağa icazə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil.