Müğənni İbrahim Borçalının evindən oğurluq edənlər tutuldu
28 mart 2014 21:48 (UTC +04:00)

Müğənni İbrahim Borçalının evindən oğurluq edənlər tutuldu

Müğənni İbrahim Borçalının evindən oğurluq edilib.

 

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı Vaqif Aslanovun APA TV-yə veridiyi məlumata görə, oğurluq etməkdə şübhəli bilinən 23 yaşlı Vüqar Məmmədov, 18 yaşlı Tehran Məmmədov və Rahil Quliyev yaxalanıb. Dəstəyə Tehran Məmmədov rəhbərlik edib: "Saxlanılan dəstə üzvləri mənzillərə gecə vaxtı daxil olublar. Mənzilləri əvvəldən müşahidə edərək dəqiq öyrəniblər ki, içəridə adam yoxdur. Bundan sonra dəmir barmaqlıqları qıraraq içəri daxil olublar. Dəstə üzvlərindən biri çöldə dayanaraq keşikçi vəzifəsini yerinə yetirib".

 

Tehran Məmmədovun dediyinə görə, borcu qaytara bilməyəndə oğurluq etmək qərarına gəlib. Bu işdə ona dostları da köməklik edib: "Dəmir barmaqlığı qırırdıq, evi təsadüfü seçirdik. Baxırdıq ki, kimin evində işıq yanmır, qapını döyürdük.  Bir evdən 35 manat dəyərində üzük, birindən 200 manata yaxın pul, bir evdən isə 150 manat və qızıl götürdük. Onu da polis saxladı.Sonrakı peşmançılıq fayda verməz".

 

Müğənninin evindən götürülən 150 manatı aralarında bölüblər, qızılları isə satmağa macal tapmayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar