Müdafiə təyinatlı məmulatların istehsalı 1,8 dəfə artıb
24 yanvar 2017 15:39 (UTC +04:00)

Müdafiə təyinatlı məmulatların istehsalı 1,8 dəfə artıb

2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyilib.

İclasda bildirilib ki,  2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub.

 

Hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.

 

İclasda qeyd edilib ki, 2016-cı ilin Yaradılma Proqramına əsasən nazirliyin müəssisələri tərəfindən daxili imkanlar hesabına 4 məmulat, 53 mərhələ üzrə təcrübi-konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar