Azərbaycan Müdafiə Nazirliyinin saytının dizaynında dəyişikliklər edilib.
Lent.az-ın məlumatına görə, bu gündən etibarən Müdafiə Nazirliyinin rəsmi internet saytı yeni dizaynda fəaliyyət göstərəcək.
Saytda nazirliyin rəhbərliyi haqqında məlumatlar yerləşdirilib, yeni bölmələr yaradılıb.
Bildirək ki, saytın rus və ingilis dillərində də səhifələri var.