Müdafiə Nazirliyi nazirin səfəri ilə bağlı rəsmi məlumat yaydı
27 noyabr 2013 19:13 (UTC +04:00)

Müdafiə Nazirliyi nazirin səfəri ilə bağlı rəsmi məlumat yaydı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov şimal bölgəsində yerləşən hərbi hissələrə səfər ediblər. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisindəki ümummilli liderimiz Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə ediblər. 
Sonra hərbi hissədəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana və məişət kompleksinə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, əsgər və zabitlərlə görüşlər keçirilib.
Bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təchizatının vəziyyəti öyrənilib. 
Müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması, o cümlədən hərbi hissələrin ərazisində aparılan quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1363
avatar

Oxşar yazılar