Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev Azərbaycanda işçi səfərdə olan ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə,görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.