Zakir Həsənov Belçikaya gedib. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində fevralın 27-də keçiriləcək növbəti görüşdə iştirak etmək üçün Belçika Krallığına yola düşüb.
Görüş zamanı Əfqanıstanda aparılan ISAF əməliyyatlarının gedişatı, 2014-cü ildən sonra NATO-nun Əfqanıstanda həyata keçirəcəyi Qətiyyətli Dəstək missiyasının planlaşdırılması prosesi və digər cari məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulub.