Mövqelərimiz atəşə tutulub
26 noyabr 2013 09:27 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

0

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Füzuli, Tovuz və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar