Moskva polisi paytaxtın “Korçma Taras Bulba” restoranında oğru “sxodka”sının qarşısını alıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, əməliyyat nəticəsində cinayətkar aləmin 3 lideri həbs olunub.
Saxlanılanlardan biri keçən il “DedXasan” klanı tərəfindən taclandırılan azərbaycanlı Rəşad İsmayılovdur. “Rəşad Gəncinski” ləqəbli həmyerlimizdən əlavə, gürcüstanlı Mamuka Çkadua (“Mamuka Qalski”) və Gizo Kardava da tutulub.