Milli Məclisin üzvləri İranın sabiq prezidentin dəfnində iştirak edəcək
10 yanvar 2017 18:27 (UTC +04:00)

Milli Məclisin üzvləri İranın sabiq prezidentin dəfnində iştirak edəcək

0

 

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə yanvarın 10-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edəcəklər.

 

 

Milli Məclisdən Lent.az-a verilən məlumata görə, parlament nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək.

 

Səfər yanvarın 12-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar