Millət vəkili Mehmet Özla görüşdü
17 mart 2014 12:12 (UTC +04:00)

Millət vəkili Mehmet Özla görüşdü

Millət vəkili, Avrasiya Beynəlxalq  Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türk Ocaqlarını ziyarət edib və Türk Ocaqların rəhbəri professor Mehmet Öz ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Q. Paşayeva aralarında Azərbaycanın böyük şəxsiyyətləri Əli Bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun da olduğu Türk Ocaqlarının qurucularını rəhmətlə anaraq türk dünyasının müxtəlif bölgələrindən gəlmiş dədələrimizin qurduğu və türk milləti üçün gözəl işlər görmüş bu ocağı ziyarətdən çox məmnun olduğunu bildirib.

M. Öz Q. Paşayevanın Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı “Əli bəy Hüseynzadə Turan” kitabının artıq Giresun və Aydın Universitetində təqdimat və imzalanma mərasimlərinin yüksək səviyyədə keçirildiyini deyib.

“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” layihəsi çərçivəsində nəşr olunan məqalə və kitablar barədə də məlumat verən Q. Paşayeva məqsədin  harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərinə ortaq tariximiz, mədəniyyətimiz, böyük şəxsiyyətlərimizi daha yaxından tanıtmaq, Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini vurğulayıb.

Ziyarətin və görüşün sonunda M. Öz Türk Ocaqlarının fəaliyyəti ilə bağlı materialları millət vəkilinə hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar