Məşhur aktyor öldü
03 fevral 2014 11:30 (UTC +04:00)

Məşhur aktyor öldü

Məşhur aktyor Filipp Seymur Hoffman dünyasını dəyişib. 46 yaşlı "Oskar" mükafatçısının meyiti Nyu-Yorkdakı mənzilindən tapılıb.

 

Ölümün səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Amma mümkün səbəblər arasında yüksək dozada narkotikdən istifadə də göstərilir. Məşhur aktyor vaxtilə heroin asılılığından müalicə olunmuşdu.

 

Filipp Seymur Hoffman həmişə intellektual rejissorların maraq dairəsində olub. O, bir çox tanınmış rejissorların filmlərində rol alıb. 2005-ci ildə isə Benett Millerin "Kapote" filmindəki Tremen Kapote roluna görə Oskar mükafatına layiq görülüb.

 

Aktyor son günlərədək bir neçə filmə, o cümlədən, Süzen Kollinzin "Ac oyunlar" trilogiyasına çəkilirdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428

Oxşar yazılar