Maşınla mikroavtobus toqquşdu, yaralı var
14 oktyabr 2013 10:59 (UTC +04:00)

Maşınla mikroavtobus toqquşdu, yaralı var

Tovuz rayonunda zəncirvari qəza baş verib. Tovuz rayon Polis Şöbəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayon mərkəzi ilə Əlibəyli kəndini birləşdirən yolda qeydə alınıb. Zəncirvarı qəzada biri mikroavtobus olmaqla üç avtomobil toqquşub.

 

Əlibəyli kənd sakini, 43 yaşlı Nəbi Abdullayevin yüksək sürətlə idarə etdiyi “VAZ-21011” markalı avtomobil həmyaşıdı, Tovuz rayon sakini Azər Həsənovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub. Zərbənin gücündən “VAZ- 2107” yolun kənarında dayanan “Mercedes” markalı mikroavtobusa da çırpılıb.

 

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinlər - Əlibəyli kənd sakini, 43 yaşlı Leyla Zeynalova və Ağstafa rayonunun Poylu kənd sakini, 22 yaşlı Elmar Yusibov xəsarət alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798
avatar

Oxşar yazılar