Maşın Pirsaat çayına düşdü: bir ölü, iki yaralı
26 noyabr 2013 13:21 (UTC +04:00)

Maşın Pirsaat çayına düşdü: bir ölü, iki yaralı

Azərbaycanda avtomobilin çaya aşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də saat 18.30 radələrində Hacıqabul rayonunun Rəncbərlər kəndinin ərazisində Nəvahi kənd sakini Şəkixan Zeynalov idarə etdiyi “TOFAŞ” markalı avtomobili Pirsaat çayına aşırıb.

 

Ş.Zeynalovun sərnişini, həmkəndlisi Şahnaz Məlikova hadisə yerində ölüb, özü və digər sərnişini Rəfiqə Bəbirova xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066
avatar

Oxşar yazılar