Maşın körpüdən dərəyə aşdı, ölən var
01 fevral 2014 10:53 (UTC +04:00)

Maşın körpüdən dərəyə aşdı, ölən var

Qazax rayonu, Əzizbəyli kəndində “BMW” markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə dərhal yanğınsöndürən-xilasedicilər cəlb olunub. Hadisə yerində məlum olub ki, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. FHN-nın xilasediciləri xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini avtomobildən çıxararaq adiyatı üzrə təhvil verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar