Maşınla toqquşan motosiklet kül oldu
29 yanvar 2017 01:34 (UTC +04:00)

Maşınla toqquşan motosiklet kül oldu

0

Xaçmaz rayonunda vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobili ilə “Ural” markalı motosikletin toqquşub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  yanğın nəticəsində motosikletin yanar hissələri yanıb. Minik avtomobili yanğından mühafizə olunub.  

 

Daha bir qəza Qazax rayonunda qeydə alınıb. Rayonun  Xanlıqlar kəndində vətəndaşlara məxsus "Mercedes" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ” markalı minik avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar