Masazırda bədbəxt hadisə ölümlə nəticələnib.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə qəsəbənin ərazisində fəaliyyət göstərən avtoservisdə qeydə alınıb.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Azad Bəhrəm oğlu Məlikov işlədiyi servisin damından yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.