Masallıda zəncirvari qəza: bir nəfər ölüb, 3 nəfər yaralanıb - <span style="color:red;">YENİLƏNİB
28 mart 2014 09:49 (UTC +04:00)

Masallıda zəncirvari qəza: bir nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

0
Masallıda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 27-də saat 21.00 radələrində rayonun Bambaşı kəndi ərazisində qeydə alınıb. “VAZ-2107”, “VAZ-21011” və “Mitsubishi Pajero” markalı minik avtomobillərinin bir-biri ilə toqquşması nəticəsində “VAZ-21011”-in sürücüsü, Masallının Güllütəpə kənd sakini, 1948-ci il təvəllüdlü İmaməli Feyruz oğlu Qubadov aldığı  çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sərnişinləri, rayonun Güllütəpə kənd sakinləri, 1947-ci il təvəllüdlü Qızxanım Xanı qızı Qubadova və 1954-cü il təvəllüdlü İstəgül Səlimxan qızı Qubadova, həmçinin “VAZ-2107” markalı avtomobilin sərnişini, Masallı şəhər sakini, 1989-cu il təvəllüdlü Ülvi Akif oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinə yerləşdiriliblər. Müvafiq tibbi yardımdan sonra hər 3 yaralının vəziyyəti hazırda kafi qiymətləndirilir. 

 

Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1006

Oxşar yazılar