Mağazanın pəncərəsindən girib geyim əşyaları oğurladı
29 dekabr 2016 15:13 (UTC +04:00)

Mağazanın pəncərəsindən girib geyim əşyaları oğurladı

0

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Bakı şəhər sakini Hikmət Quliyevə məxsus mağazadan pəncərədən girmək yolu ilə geyim əşyası oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nicat Qasımov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün qəsəbə ərazisində Bakı şəhər sakini Şamo Qarayevə məxsus mağazadan pəncərədən girmək yolu ilə 260 manat pul, spirtli içki və tütün məmulatları oğurlaması da müəyyən edilib.

 

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar