Mağazadan qızıl sırğa oğurlayan şəxs yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 26-da Sumqayıt şəhəri ərazisində yerləşən ticarət mərkəzlərindən birində şəhər sakini Rəşid Mürsəlova məxsus mağazadan qızıl sırğa oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Çiçək Rəhimova Sumqayıt Şəhər Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 4-cü PB-yə təhvil verilib.
Araşdırma aparılır.