Lozannada Rusiya, ABŞ və regional dövlətlərin nümayəndələrinin Suriyaya dair danışıqları başa çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 4,5 saatadək davam edən danışıqlarda Rusiya XİN rəhbəri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, Misir və İraqın nazirləri iştirak edib.
Məlumata görə, görüşün yekunlarına dair birgə bəyanat verilməyəcək.
İlk olaraq danışıqları Misir, İraq və Qətər XİN rəhbərləri tərk edib.