Leyla Əliyeva Novruz şənliyində iştirak edib
19 mart 2014 11:02 (UTC +04:00)

Leyla Əliyeva Novruz şənliyində iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 18-də xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirilib.


 

APA-nın məlumatına görə, ilaxır çərşənbəsi günündə təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Tədbirdə Novruz bayramı münasibətilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilib, viktorina və müxtəlif oyunlar keçirilib.

 

Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar