Lənkəran sakini özünü güllələyib
01 fevral 2014 15:43 (UTC +04:00)

Lənkəran sakini özünü güllələyib

Azərbaycanın Lənkəran rayonunda güllələnmə hadisəsi baş verib.

Bu barədə APA-nın Cənub bürosuna Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin müdiri Rafiq Qasımov məlumat verib.


Onun sözlərinə görə, rayonun Şağlakücə kənd sakini, 1968-ci il təvəllüdlü Əbdülhüseyn Aydın oğlu Axundov ötən gecə ovda ikən ehtiyatsızlıqdan əlindəki tüfəngdən açılan atəşdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184

Oxşar yazılar