Kürdəmir rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mollakənd kəndində Mexaniki Suvarma İdarəsinə məxsus ümumi sahəsi 112 kv.m olan qayıq üzərində quraşdırılmış üzən nasos stansiyasının taxta konstruksiyalardan ibarət idarəetmə otağı 6 kv.m sahədə yanıb. Həmçinin mühərrikin üzərində taxta və dəmir konstruksiyalardan quraşdırılmış talvar hissəsi 40 kv.m sahədə alovlanıb. Qayığın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.