Kür kənarında köməksiz vəziyyətdə qalan ata-oğul xilas edildi
03 fevral 2014 14:13 (UTC +04:00)

Kür kənarında köməksiz vəziyyətdə qalan ata-oğul xilas edildi

Ötən gecə Şəmkirdə Yenikənd su anbarında köməksiz qalan ata və oğul Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən xilas edilib.

 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Yenikənd su anbarında su azalan vaxtı Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Azər Abdullayev və onun oğlu 1995-ci il təvəllüdlü Eşqin Abdullayev anbarın kənarı ilə hərəkət edərək meşədə saxladıqları arılara baxmağa gediblər.

 

Qayıdarkən anbarda suyun səviyyəsi qalxıb və onlar kömək üçün FHN-in “112 qaynar xətti”nə zəng vurublar. Onlar saat 23 radələrində FHN-in xilasediciləri tərəfindən xilas ediliblər.  
 

Qeyd edək ki, Yenikənd Su anbarı elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilib. Anbarın ümumi həcmi 158 milyon kubmetrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061

Oxşar yazılar