Gömrükçülər külli miqdarda spirtli içki aşkarladılar
30 dekabr 2016 15:28 (UTC +04:00)

Gömrükçülər külli miqdarda spirtli içki aşkarladılar

0

 

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə nəqliyyat vasitəsində Azərbaycanın aksiz markası ilə markalanmayan  spirtli içkilərin olması barədə məlumat daxil olub.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məlumata əsasən yaradılan əməliyyat qrupu tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və burada avtomobilə gömrük baxışı keçirilib.

 

Yoxlama zamanı  nəqliyyat vasitəsinin yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10 adda 406 ədəd müxtəlif markalı spirtli içkilər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar