Ukrayna Daxili İşlər Nazirliyinin Krımdakı qoşunları paytaxt Kiyevə ezam olunub.
Lent.az-ın «İTAR-TASS»a istinadən məlumatına görə, «1+1» telekanalı bildirib ki, bu barədə daxili qoşunlar komandanlığı Krim idarəsinin rəisi Nikolay Balan xəbər verib.
«Bizdən üç hərbi hissənin -xüsusi təyinat dəstə, Simferopol şəhərində yerləşən hərbi hissə və Krasnokamenka qəsəbəsindəki hərbi hissənin hərbçiləri ezam olunub» -deyə, Balan söyləyib.
O, Kiyevə ezam olunmuş hərbçilərin sayını açıqlamayıb. Balan qeyd edib ki, qoşunlara kütləvi aksiyalar zamanı ictimai asayişin qorunması barədə əmr verilib.
Daxili qoşunların baş idarəsində «Milis haqqında», özəlliklə «Daxili qoşunlar haqqında» qanunların pozuntusuna yol verilmədiyi bildirilib.
«Daxili qoşunlar mitinqlərin dağıdılmasında iştirak etmir, yalnız «canlı səd»lərin qurulmasına cəlb olunur. Bu gün üçün tapşırığımız – hakimiyyət orqanlarının fəaliyyətini bərpa etmək və ictimai asayişi qorumadır» - deyə, Ukrayna DİN daxili qoşunları hüquq idarəsinin rəisi Dmitri Şetinin vurğulayıb.