Krımda faciə: tatar liderin atası ölü tapıldı - <span style="color:red;">YENİLƏNİB
31 mart 2014 01:55 (UTC +04:00)

Krımda faciə: tatar liderin atası ölü tapıldı - YENİLƏNİB

0
Bu gün Ukrayna vaxtı ilə saat 16 radələrində Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovun atası Abdurrahman Çubarovun meyiti yaşadığı evdə tapılıb.
 
Bu barədə APA-ya R. Çubarovun yaxınları məlumat verib. Onların bildirdiklərinə görə, 84 yaşlı A. Çubarov ailə üzvləri ilə birlikdə doğulub böyüdüyü Privolnoe kəndində yaşayıb. Bu kənd Simferopoldan 130 kilometr məsafədə yerləşir.  
 
Hüquq-mühafizə orqanları A. Çubarovun ölümünün səbəbini araşdırırlar.
 
Onun dəfninin sabah Privolnoe kəndində keçiriləcəyi, dəfn mərasimində bəzi Rusiya rəsmilərinin iştirakının da gözlənildiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3410

Oxşar yazılar